Valeri Leontyev böyük səhnəyə qayıdır və 2025-ci ildə dünya turunu planlaşdırır.
King.Az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Məlumata görə, söhbət ən azı səkkiz ölkədən gedir. Rusiyalı müğənninin əla formada olduğu və aktiv işə hazırlaşdığı vurğulanır.
Bildirilir ki, Yeni il ərəfəsində Leontyev Dubayda keçirilən "Big Art" festivalında çıxış edib və 180 min dollar (təxminən 306 min manat - red.) qonorar alıb.
Onun komandası ifaçını inandırıb ki, işinə maraq hələ də böyükdür və çıxışı təkcə Əmirliklərdə deyil, digər xarici ölkələrdə də gözlənilir.
Qeyd edək ki, 2024-cü ilin martında 75 yaşlı Leontyev yaşı ilə əlaqədar səhnəni tərk etdiyini bildirib. O, 2019-cu ildə "Mən qayıdacağam..." adlı son yubiley konsertini verib.

Oxşar Mövzular
İran öz nüvə proqramının məhdudlaşdırılmasının şərtlərini açıqlayıb
13-04-2025, 18:43Cozef Bayden 9 ittiham üzrə təqsirli bilinən oğlunu əfv etdi
2-12-2024, 13:00