0
Çərşənbə axşamı
Avq 19

Fransada 115 illik futbol klubu müflis oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fransada uzun müddətdir fəaliyyət göstərən "Ayaçço" futbol klubu ağır maliyyə böhranı səbəbindən rəsmi olaraq müflis kimi tanınmaq üçün müraciət edib. Klubun xəzinəsindəki 13 milyon avroluq böyük kəsiri ödəyə bilməməsi bu qərara səbəb olub.

King.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, Fransanın 2-ci Liqasının məşhur komandalarından olan "Ayaçço" yığılmış borcları səbəbindən iflas proseduruna başlayıb.

115 illik tarixi olan klub borc yükünü daşıya bilməyib. İflas ərizəsi klubun gələcəyini ciddi şəkildə təhlükə altına qoyub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.