0
Çərşənbə axşamı
Apr 29

Mahir Emreli növbəti oyunlara qoruyucu vasitə ilə çıxacaq – SƏBƏB

HASANLY

"Nürnberq"də çıxış edən Mahir Emreli biləyindən zədələndiyi üçün növbəti görüşlərə qoruyucu vasitə ilə çıxmalı olacaq.

King.Az xəbər verir ki, o, Almaniya İkinci Bundesliqasının 31-ci turunda "Fortuna" ilə matçda zədə alıb.

Mahir görüşdən sonra tibbi müayinədən keçib. Onun konservativ üsulla müalicə olunacağı bildirilib. Emrelinin məşqlər və növbəti oyuna xüsusi qoruyucu vasitə ilə çıxacağı vurğulanıb.

Qeyd edək ki, Mahir "Nürnberq"in "Fortuna" ilə 3:3 hesabı ilə başa çatan oyununda qollardan birinin müəllifi olub. Onun komandası mayın 4-də 32-ci turda öz meydanında "Elversberq"lə qarşılaşacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.