ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən tədbir zamanı Ohayo Ştatı Universitetinin futbol komandasının çempionluq kubokunu təsadüfən əlindən salaraq qırıb.
King.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Bildirilib ki, hadisə ABŞ Prezidenti Donald Trampın "Buckeyes" komandasını Amerika futbolu üzrə milli çempionatın pley-off mərhələsində qələbələrindən sonra qəbul edərkən baş verib.
Kadrlardan görünür ki, qızıl, bürünc və paslanmayan poladdan hazırlanan 35 funt (təxminən 16 kq) ağırlığında olan kuboku yerə düşməzdən əvvəl oyunçular tuturlar. Ancaq onun 30 funt (təxminən 13.5 kq) ağırlığında olan altlığı qopub.
Hadisədən sonra vitse-prezident kuboku onun altlığından ayrı tutmaq məcburiyyətində qalır.
Ohayo Ştatı Universitetinin məzunu olan Vens baş verənlər barədə özünün "X" sosial şəbəkə hesabında zarafat edib:
"Ohayo ştatından sonra heç kimin kuboku almasını istəmirdim, ona görə də onu sındırmağa qərar verdim".
Oxşar Mövzular

Qvineya-Bisau prezidenti Bakıda Zəfər parkını ziyarət edib
27-02-2025, 21:20
Never let go - Soft deep music mix
11-09-2024, 11:19