Bazar
Dek 22

"Real Madrid" niderlandlı müdafiəçi üçün təklif hazırlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniyanın "Real Madrid" klubu "Liverpul"un niderlandlı müdafiəçisi Vircil Van Deyk üçün təklif hazırlayıb.

King.Az "Euro-football"a istinadən xəbər verir ki, "Kral" klubu udluz futbolçunun keçidini yaya saxlamaq istəmir.

David Alaba və Eder Militao uzun müddətdir ki, zədədən əziyyət çəkirlər. "Real Madrid" rəsmiləri isə futbolçuların boşluğunu Van Deyklə doldurmaq istəyirlər.

Qeyd edək ki, 33 yaşlı niderlandlı müdafiəçi Vircil Van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir. Onun "Transfermarkt" portalındakı dəyəri 28 milyon avrodur.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.