Bazar ertəsi
Avq 18

"Fənərbağça" klubunun sabiq prezidentinin vəziyyəti ağırlaşıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Fənərbağça" klubunun əfsanəvi prezidentlərindən biri olan Ali Şen reanimasiyaya yerləşdirilib.

King.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, türkiyəli jurnalist Yavuz Donat hazırda Ali Şenin vəziyyətinin kritik olduğunu bildirib.

Onun sözlərinə görə, sabiq prezident heç kimi tanımır və danışa bilmir.

Qeyd edək ki. Ali Şen iki müxtəlif dönəmdə "Fənərbağça" klubunun prezidenti olub. Əvvəlcə, 1974-1980, daha sonra isə 1994-1998-ci illərdə "Fənərbağça" klubunun prezidenti vəzifəsini icra edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.