"ABŞ Prezidenti Donald Tramp Moskvanı danışıqlar masasına oturtmaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir".
King.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Bild"ə müsahibəsində deyib.
"Düşünürəm ki, tarixən desək, onun üçün (Tramp) bütün dünyada sülhün bərpa edilməsindən vacib heç nə ola bilməz. Tramp sanksiyalar tətbiq etməlidir ki, Putin dərhal desin: "Gəlin, müharibəni bitirmək haqqında danışaq". Başqa cür alınmayacaq", - deyə Zelenski bildirib.
Onun fikrincə, Tramp Rusiya tərəfinin tamamilə dürüst və açıq olmadığını görür. Zelenski iddia edir ki, Moskva gücdən başqa heç nəyi başa düşmür və ABŞ-də də bu güc var. O, Vaşinqtonun bunu başa düşəcəyinə ümid etdiyini qeyd edib.
Oxşar Mövzular

Fərid Şahbazlı: "Rusiya ilk dəfə başqa dövlətdən üzr istəməli oldu"
30-12-2024, 00:15