Şənbə
Sen 20

Rusiya qırıcıları Baltik dənizində təhlükəsizlik zonasını pozub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İki Rusiya qırıcısı alçaq hündürlükdə uçaraq, Baltik dənizindəki Petrobaltik neft-qaz platformasının təhlükəsizlik zonasını pozub.

King.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Polşa sərhəd qoşunlarından verilən məlumata görə, ölkənin silahlı qüvvələrin komandanlığı və digər orqanlar məlumatlandırılıb.

Qeyd edək ki, Petrobaltik Baltik dənizində yerləşən neft hasilatı platformasıdır. Onu Polşanın "LOTOS Petrobaltic" şirkəti idarə edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.