"Napoli" komandası "Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin de Bruyne ilə danışıqları davam etdirir.
King.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skiro məlumat yayıb.
Onun məlumatına əsasən, tərəflər müqavilə bağlamağa yaxındırlar. Müqavilənin iyunun əvvəlində imzalanması gözlənilir.
Xatırladaq ki, 33 yaşlı belçikalının "Mançester Siti" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.
O, "şəhərlilər"in heyətində 422 oyun keçirib, 108 qol vurub və 177 məhsuldar ötürmə edib.
Oxşar Mövzular
Qırğızıstanın paytaxtında zəlzələ baş verib, Qazaxıstanda da hiss olunub
12-09-2025, 14:13SEPAH-dan ABŞ-a xəbərdarlıq
2-10-2024, 00:15
Gündəlik Bürclər-(13.09.2025)
13-09-2025, 00:00