Cümə
Sen 12

Qırğızıstanın paytaxtında zəlzələ baş verib, Qazaxıstanda da hiss olunub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib.

King.Az-ın Qırğızıstan KİV-ə istinadən xəbərinə görə, bu barədə Qırğızıstan Mərkəzi Seysmoloji İnstitutundan məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 13:57-də (Bakı vaxtı ilə 11:57) 4.3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri Beş-Kungeydən bir kilometr aralıda yerləşib. Yeraltı təkanlar Bişkekdə, eləcə də qonşu Qazaxıstan ərazisində hiss olunub. Bəzi Bişkek sakinləri yeraltı təkanların güclü hiss edildiyini, gurultu ilə müşayiət olunduğunu və daha çox partlayış səsinə oxşadığını bildirirlər.

Hazırda bəzi dəqiqləşdirmə işləri aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.