İranın Kirman əyalətinin Fəxrəc şəhərindəki nəzarət-keçid məntəqəsi yaxınlığında, magistral yolda ötən gecə atışma baş verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, naməlum silahlılar və hərbi qulluqçular, eləcə də təhlükəsizlik qüvvələri arasında silahlı insident olub.
İnsident nəticəsində hökumət qüvvələrinin ən azı dörd nümayəndəsi həyatını itirib.
Oxşar Mövzular

Xabi Alonso "Real Madrid" rəhbərliyi ilə fikir ayrılığı yaşayır
30-12-2025, 14:55
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir
5-02-2026, 14:39