Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
King.Az xəbər verir ki, "Nürnberq"in futbolçusu zədəsini sağaldıb.
Əzələsində yaranan problemi yoluna qoyan forvard kollektivlə birlikdə məşqlərə qoşulub. Emrelinin 2-ci Bundesliqanın son turunda "Ayntraxt"la (Braunşveyq) qarşılaşmaya hazır olacağı gözlənilir. Həmin görüşün ardından həmyerlimiz komandasını tərk edəcək.
Qeyd edək ki, "Ayntraxt" - "Nürnberq" oyunu mayın 18-də keçiriləcək. "Nürnberq" 33 turdan sonra 45 xalla 10-cu pillədədir.
Oxşar Mövzular
DİN radardan sonra sürətini artıran sürücülərə müraciət edib
23-10-2025, 13:28
Vəkillər Kollegiyasında andiçmə və təltifolunma mərasimi keçirilir
27-12-2025, 12:37
Məmur Bakının mərkəzində qaydaları pozdu: Narazılığa səbəb oldu
30-01-2026, 13:02