Cümə
Yan 30

Məmur Bakının mərkəzində qaydaları pozdu: Narazılığa səbəb oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bakının mərkəzində avtomobillərin dayanma və durmasının qadağan olunduğu ərazidə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) özünə məxsus maşının saxlanılması ictimai qınağa və narazılığa səbəb olub.

King.Az xəbər verir ki, buna dair yayılan videogörüntü müzakirə yaradıb.

Görüntünü paylaşan vətəndaş bildirib ki, qanun hamı üçün eynidir və heç kimə güzəşt edilməməlidir:

"Dövlət qurumlarında çalışan şəxslər isə daha böyük məsuliyyət daşıyırlar. Onlar da qaydalara əməl etməlidirlər, eyni zamanda cəmiyyət üçün nümunə olmalıdırlar".

AYNA-nın mətbuat katibi Tural Orucov Oxu. Az-a açıqlamasında məsələdən xəbərdardır olduqlarını deyib:

"Qayda pozan əməkdaşa xəbərdarlıq olunub və onun barəsində müvafiq tədbir görüləcək".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.