Cümə axşamı
Okt 23

DİN radardan sonra sürətini artıran sürücülərə müraciət edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Daxili İşlər Nazirliyi sürücüləri bir daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması nazirliyin əsas prioritet istiqamətlərindəndir".

King.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır.

"Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatını qoruyan və təhlükədən çəkindirən vasitə olan təhlükəsizlik kəməridir.

Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sizə "dayan, düşün, təhlükəsiz get" demək üçündür", - deyə müraciətdə bildirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.