"Arsenal"ın azarkeşləri və futbolçuları "Liverpul" futbolçularını matçdan öncə alqışlayaraq çempionluq münasibətilə təbrik ediblər.
King.Az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində "Enfild"də oynanılan qarşılaşmadan əvvəl baş tutub.
Qeyd edək ki, mersisayd klubu artıq 34-cü turda çempionluğunu rəsmiləşdirib. Cari mövsümdə onun ən yaxın izləyicisi isə məhz "topçular" olublar. Matç öncəsi komandalar arasındakı xal fərqi 13 xal (83/67) təşkil edib.
Oxşar Mövzular

İran-Azərbaycan sərhədində müşahidə edilən PUA zərərsizləşdirildi
24-01-2026, 13:04BRICS Azərbaycana nə verə bilər?
25-10-2024, 14:39Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
22-12-2024, 18:52