0
Şənbə
Apr 05

ABŞ-dəki ukraynalılara ölkəni tərk etmək bildirişi göndərilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-də humanitar proqramlar çərçivəsində olan bir neçə Ukrayna vətəndaşı ölkəni tərk etmək tələbi ilə səhvən elektron məktub alıb.

Bu barədə King.Az "Reuters" agentliyinə istinadla xəbər verir.

Məktubda bildirilib ki, "əgər siz ABŞ-ni dərhal tərk etməsiniz, hüquq-mühafizə orqanları tərəfindən sizə qarşı tədbirlər görülə bilər, bu da sizin ölkədən çıxarılmanızla nəticələnəcək". Neçə nəfərin elektron məktub aldığı bəlli deyil.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məktubların təsadüfən göndərildiyini və 2022-ci ildə Ukraynada tammiqyaslı hərbi əməliyyatların başlamasından sonra tətbiq edilən humanitar proqramın qüvvədə qaldığını bəyan edib. Onun çərçivəsində 240 min ukraynalı ABŞ-də hüquqi status alıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.