Pakistan Hindistan səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətinə görə "arzuolunmaz şəxs" elan edib.
King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
"Bu qərar diplomatik normalara uyğundur və Pakistanın öz suverenliyini qoruyub saxlamaq öhdəliyini əks etdirir", - məlumatda qeyd olunub.
Hindistanın müvəqqəti işlər vəkili Pakistan XİN-ə çağırılıb və orada ona müvafiq demarş verilib.
Adı və vəzifəsi açıqlanmayan Hindistan səfirliyinin əməkdaşı 24 saat ərzində Pakistanı tərk etməlidir.
Qərar Hindistanın çərşənbə axşamı Pakistanın Nyu-Dehlidəki səfirliyinin əməkdaşını diplomatik statusuna uyğun olmayan fəaliyyətlərə görə "persona non grata" elan etməsinə cavab olaraq qəbul edilib.
Oxşar Mövzular

Cəmil Həsənli dindirilməsi üçün DTX-yə çağırıldı
30-11-2025, 15:28Kərim Benzema yenidən "Real Madrid"ə qayıda bilər
18-12-2024, 11:41AQEM XİN Şurasının 7-ci görüşündə bir sıra sənədlər qəbul edilib
17-12-2024, 22:10