Çərşənbə
Dek 18

Kərim Benzema yenidən "Real Madrid"ə qayıda bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edən Kərim Benzema "Real Madrid"ə qayıda bilər.

King.Az "Goal"a istinadən xəbər verir ki, ulduz futbolçu mövsümün sonunda karyerasını başa vurmaq niyyətindədir.

Fransa millisinin sabiq üzvü futbolçu kimi deyil, "Real Madrid"in Yaxın Şərqdəki səfiri qismində fəaliyyət göstərmək istəyir.

Hazırda "Əl-İttihad"la 2026-cı ilə qədər müqaviləsi olan Benzema illik 100 milyon avro qazanc əldə edir.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində keçirdiyi 11 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.