0
Çərşənbə axşamı
May 06

"Neftçi" braziliyalı futbolçu ilə yolları ayıracaq

HASANLY

"Neftçi" futbol klubu daha bir legionerlə yollarını ayırmaq qərarına gəlib.

King.Az xəbər verir ki, gələn yay bakılılar braziliyalı vinger Aleks Fernandeslə vidalaşmağı planlaşdırırlar.

Bu qış Rusiyanın "Baltika" klubundan almaq hüququ ilə icarəyə verilən 22 yaşlı hücumçu ümidləri doğrulda bilməyib.

Xatırladaq ki, daha əvvəl "Neftçi"nin alman müdafiəçisi Robert Bauerlə yollarını ayıracağı məlum olmuşdu.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.