İspaniya klubları altı ildən sonra Avropa kuboklarında mövsümü titulsuz başa vurublar.
King.Az xəbər verir ki, pireneylilər bu aqibətlə sonuncu dəfə 2019-cu ildə üzləşiblər.
2018/2019 mövsümünü mükafatsız başa vuran ispanlar bundan sonra hər il ən azı bir titul qazanıblar. 2020-ci və 2023-cü illərdə "Sevilya", 2021-ci ildə isə "Vilyarreal" Avropa Liqasının qalibi olub. 2022-ci və 2024-cü illərdə isə "Real" Çempionlar Liqasında baş mükafata sahib olub.
Qeyd edək ki, "Real Betis" Konfrans Liqasının finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzub. İki gün sonra keçiriləcək Çempionlar Liqasının finalında da İspaniya təmsilçisi olmayacaq.
Oxşar Mövzular

Gündəlik Bürclər-(03.07.2025)
3-07-2025, 00:00Emin Nilsen - 99 Problems (Slowed)
21-06-2025, 16:15