"Real Madrid" aprelin 26-da İspaniya Kubokunun final matçında iştirak edəcək.
Bu barədə King.Az "Kral klubu"nun rəsmi saytına istinadla xəbər verir.
Məlumata görə, "Real Madrid" klubla hakimlər arasında yaranmış münaqişəyə rəğmən, "Barselona" ilə oyuna çıxmaq qərarına gəlib:
"Final oyununda iştirakdan imtina imkanını heç vaxt nəzərdən keçirməmişik. Başa düşürük ki, futbol dəyərləri üstün gəlməlidir".
Qeyd edək ki, "Real Madrid"in klub televiziyasını tənqid edən hakimlər kənarlaşdırılmazsa, "Kral klubu"nun İspaniya Kubokunun finalını boykot edə biləcəyi barədə məlumatlar yayılmışdı.
Oxşar Mövzular

"Araz-Naxçıvan" və "Qəbələ" yoxlama matçında üz-üzə gəlir
14-01-2026, 12:55Vens yaxın qohumunun Ukrayna ordusunda vuruşmasına münasibət bildirib
12-03-2025, 11:00