Cümə axşamı
Yan 08

Nikolas Maduro ayağından, arvadı başından xəsarət alıblar, 100 nəfər həlak olub - Venesuelalı nazir AÇIQLADI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat zamanı azı 100 nəfər həlak olub.

King.Az xəbər verir ki, bu barədə "Telesur" telekanalının efirində Bolivar Respublikası Venesuelanın daxili işlər, ədliyyə və sülh məsələləri üzrə naziri Diosdado Kabello məlumat verib.

Onun sözlərinə görə, həlak olanların əksəriyyəti hadisə ilə heç bir əlaqəsi olmayan gənclərdir.

Kabello həmçinin bildirib ki, ABŞ xüsusi təyinatlılarının əməliyyatı zamanı ölkənin ali vəzifəli şəxsləri də xəsarət alıblar. Venesuela Prezidenti Nikolas Maduro ayağından, birinci xanım Silia Flores isə başından xəsarət alıblar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.