Federiko Kyeza A Seriyasına qayıda bilər. "Liverpul"da möhkəmlənə bilməyən cinah hücumçusuna yeni təklif göndərilib.
King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, İtaliya millisinin üzvü ilə "Roma" maraqlanır.
Lakin "canavarlar" yüksək transfer qiyməti və maaşı üzündən onu birdəfəlik almaq niyyətində deyillər. Paytaxt klubu Kyezanı yayda birmövsümlük icarəyə götürmək fikrindədir.
Hazırda oyunçunun özü ilə danışıqlar aparılır. Razılıq əldə olunsa, "Liverpul"a təklif göndəriləcək.
27 yaşlı Kyeza ötən yay "Yuventus"dan 12 milyon avroya transfer olunub. İngilislər "Fiorentina"da da çıxış etmiş hücumçu ilə 4 illik müqavilə bağlayıblar. Lakin o, ümidləri doğrultmur, ona görə də göndərilməsi gündəmdədir.
Oxşar Mövzular
Kennedinin qətli ilə bağlı sirlər açılacaq
17-03-2025, 10:57Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı
12-08-2025, 12:08"Napoli" PSV-nin yarımmüdafiəçisini alır
3-07-2025, 14:32