Şənbə
Okt 25

Nadir avtomobil milyonlarla dollara satışa çıxarılır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Broad Arrows" hərracı Sürixdə "Aston Martin Valkyrie" hiperkarını hərraca çıxaracaq.

King.Az auto.ru-ya istinadən xəbər verir ki, bu kabrioletdən indiyə qədər cəmi 85 ədəd istehsal olunub. Satışa çıxarılan xüsusi avtomobilin yürüşü isə cəmi 97 kilometrdir.

Hiperkarın 2.75-3.25 milyon İsveçrə frankı arasında (3.5-4.1 milyon dollar) qiymətə satılacağı gözlənilir.

Model 2021-ci ildə təqdim edilib. Satışa çıxarılan "Valkyrie Spider" 6.5 litrlik V12 mühərriki ilə təchiz olunub. Qurğu 1 155 at qüvvəsi və təxminən 350 km/saat maksimal sürət təmin edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.