Cümə axşamı
Sen 18

ABŞ-nin 175 milyard dollarlıq müdafiə qalxanı - "Qızıl qübbə"nin layihəsi hazırdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Qütleyn "Qızıl qübbə" raketdən müdafiə sistemi layihəsini tamamlayıb.

King.Az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, Pentaqon layihənin miqyası və dəyəri barədə məlumat açıqlamayıb.

Agentlik xatırladır ki, ABŞ Prezidenti Donald Tramp bu müdafiə sisteminin ölkəyə 175 milyard dollara başa gələ biləcəyini ehtimal edib. Hazırda layihə baxılma mərhələsindədir.

Əvvəllər bildirilmişdi ki, ABŞ-də "Qızıl qübbə" dörd müdafiə eşelonunu əhatə edəcək. Donald Tramp isə ən yeni müdafiə sisteminin üç il ərzində istifadəyə veriləcəyinə söz verib və texnologiyanın artıq tamamlanmağa yaxın olduğunu vurğulayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.