Çərşənbə
Mar 05

Kriştianu Ronalduya evli qadını qucaqladığı üçün 99 şallaq vurulacaq?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Kriştianu Ronaldunun onu təhdid edən cəza səbəbiylə İrandakı matça çıxmadığı iddia edilir.

King.Az "Daily Star"a istinadən xəbər verir ki, məşhur futbol ulduzu martın 3-də Asiya Çempionlar Liqasında İranın "İstiqlal" komandasına qarşı keçirdiyi oyunda iştirak etməyib.

İdmançının əlil fanatı (qolu amputasiya olunub) olan iranlı sənətçi Fatimə Həmami ilə əlaqə saxladığı üçün onu "zinaya görə 99 şallaq" cəzası gözlədiyi haqda xəbərlər yayılıb.

Ronaldu onu qucaqlayıb, öpüb ki, bu da İranda evli qadına qarşı sərt qaydaların pozulması deməkdir.

Lakin İran səfirliyinin nümayəndəsi idmançının cəzalandırılacağı ilə bağlı məlumatı təkzib edib.

Səudiyyə Ərəbistanından verilən məlumata görə, Ronaldu həmin görüşdə yorğunluq səbəbindən oyuna çıxmayıb.

Qeyd edək ki, Ronaldu fevralda Tehranda "Persepolis"lə keçirilən əvvəlki oyunu da buraxmışdı.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.