Çərşənbə axşamı
Sen 23

Mourinyo: "Benfika" "Qarabağ"a uduzanda Barselonada idim"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Əgər mövsümün sonuna qədər evimdə otursaydım, "Benfika"da qazandığımdan daha çox qazanacaqdım".

King.Az "Medya Radar"a istinadla xəbər verir ki, bunu "Benfika" komandasının baş məşqçisi Joze Mourinyo deyib.

"Çempionluğa oynamaqdan ötrü buraya gəldim. "Roma" və "Fənərbağça"da bunu edə bilmirdim" , - deyə o vurğulayıb.

"Benfika" rəhbərliyi ilə yay aylarında heç bir təmasının olmadığını söyləyən Mourinyo əlavə edib:

"Benfika" "Qarabağ"a uduzanda həyat yoldaşımla Barselonada idik. Ertəsi gün komandanın prezidenti mənimlə əlaqə saxladı. Danışmağımızın bir anlamının olub-olmadığını soruşdu və mən danışa biləcəyimizi bildirdim".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.