0
Friday
Jan 03

İran klubunun futbolçusu azarkeşi qucaqladığı üçün yarım milyard cərimələndi

HASANLY
İranın "İstiqlal" klubunun müdafiəçisi Ramin Rezaeyan qadın azarkeşi qucaqladığı üçün külli miqdarda cərimələnib.

King.Az "Footboom"a istinadən xəbər verir ki, dekabrın 26-da keçirilən İran çempionatının 14-cü turunda "Şadormalu" ilə oyundan əvvəl azarkeşlərdən biri Tehran komandasının avtobusuna minərək futbolçunu qucaqlayıb.

Bu an kameralara düşüb və nəticədə İran Futbol Federasiyasının etika komitəsi Rezaeyanın hərəkətini qeyri-idman davranışı hesab edərək, ona 510 milyon rial (təxminən 12 min dollar) məbləğində cərimə kəsib.

İranda qohum olmayan kişi və qadınların ictimai yerlərdə hər hansı formada fiziki təmasda olması ciddi qanun pozuntusu hesab olunur.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.