Çərşənbə axşamı
Mar 04

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Misli Premyer Liqasının XXV turu çərçivəsində bu gün iki matç keçiriləcək.

King.Az xəbər verir ki, ilk oyun 4 mart tarixində saat 17:30-da Tovuz şəhər stadionunda baş tutacaq. "Turan Tovuz" ev sahibi kimi "Zirə"ni qəbul edəcək.

İkinci matç isə "Bank Respublika Arena"da saat 19:30-da keçiriləcək. Bu oyunda Bakı klubu "Sabah", Araz-Naxçıvanı qonaq kimi qarşılayacaq.

Misli Premyer Liqası

III dövrə, XXV tur

4 mart

17:30. "Turan Tovuz" – "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Tovuz şəhər stadionu

19:30. "Sabah" – "Araz-Naxçıvan"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.

VAR: Tural Qurbanov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

"Bank Respublika Arena"

Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.