Futbol üzrə Hindistan Superkuboku matçı arıların hücumu səbəbindən dayandırılıb.
King.Az Sports.ru-ya istinadla xəbər verir ki, "İnter Kaşi" - "Mumbai Siti" oyununun 28-ci dəqiqəsində stadionda arı sürüsü peyda olub.
Qarşılaşma müvəqqəti olaraq dayandırılıb və yenidən başlayandan dərhal sonra həşəratlar geri qayıdaraq, azarkeşlərə və hakimlər briqadasına hücum ediblər.
Azarkeşlər cəld tribunaları tərk ediblər, hakimlər isə başlarının arxasını yaş dəsmallarla örtərək, üzüstə uzanmağa məcbur olublar.
Oyun yalnız hakimlər sarı formalarını qara formayla əvəzlədikdən sonra davam edib.
Oxşar Mövzular

Emin Nilsen - Caucasus
27-03-2025, 23:25
Kanadada növbədənkənar parlament seçkisi keçiriləcək
24-03-2025, 12:36