Şənbə
Sen 06

Avropanın ən sürətli superkompüteri istifadəyə verildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Almaniyanın Aahen şəhəri yaxınlığındakı "Jülich" tədqiqat mərkəzində Avropanın ən sürətli superkompüteri "Yupiter" istifadəyə verilib.

King.Az xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb.

"Yupiter"in rəsmi işə salınması mərasiminə Almaniya Kansleri Fridrix Merts də qatılıb. Onun sözlərinə görə, bu, süni intellekt modellərinin hazırlanması və ya elmi simulyasiyalar üçün tamamilə yeni imkanlar açır.

Dünyada dördüncü ən sürətli kompüter Almaniyanın müasir texnoloji inqilabda aparıcı rola iddiasını vurğulayır.

Kompüterin qiyməti 500 milyon avrodur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.