Cümə
Fev 07

Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərənin "Arsenal" klubu İtaliya A Seriyası təmsilçisi "İnter"in hücumçusu Lautaro Martinesi transfer etmək niyyətindədir.

King.Az "Fichajes"ə istinadən xəbər verir ki, "Arsenal" yay transfer pəncərəsində 27 yaşlı argentinalı hücumçu üçün 120 milyon avrodan çox məbləğ xərcləmək istəyir.

İngiltərə klubu qış fasiləsində heç kimi heyətinə qata bilməyib.

Qeyd edək ki, L.Martines bu mövsüm bütün turnirlərdə 31 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.