Cümə axşamı
Yan 08

Avropa ABŞ əleyhinə plan hazırlayır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avropa ölkələri ABŞ qüvvələrinin Qrenlandiyaya hücum edəcəyi təqdirdə onu çəkindirmək üçün plan hazırlayırlar.

King.Az xəbər verir ki, "Politico" nəşri bu barədə Almaniyanın adı açıqlanmayan hökumət rəsmisinə istinadən məlumat yayıb.

"Avropalı nazirlər ABŞ prezidentinin Danimarka ərazisini ələ keçirmək çağırışına cavab üzərində işləyirlər", - nəşr yazıb.

Bildirilir ki, Almaniyanın xarici işlər naziri İohann Vadeful həmkarları ilə ABŞ-nin Qrenlandiyaya hücum edəcəyi təqdirdə Avropanın Vaşinqtonu çəkindirmək, həmçinin Qrenlandiyanın bilavasitə yaxınlığında NATO-nun mövcudluğunun gücləndirilməsi planı üzərində işləyir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.