0
Bazar ertəsi
Yan 27

Neymar "Santos"a keçir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar karyerasını Braziliya təmsilçisi "Santos"da davam etdirəcək.

King.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano şəxsi "Instaqram" sosial şəbəkə hesabından məlumat paylaşıb.

O, tərəflərin şifahi razılığa gəldiyini və müqavilənin bu həftə imzalanacağını bildirib.

32 yaşlı futbolçunun "Santos"da çıxış etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verdiyi də qeyd olunub.

Futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin başa çatmasına təxminən yarım il qalmasına baxmayaraq, artıq bu ay ölkəsinə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən "Əl-Hilal"da cəmi iki oyuna çıxıb və 42 dəqiqə meydanda olub. Bununla yanaşı, hücumçunun illik qazancı 101 milyon avro təşkil edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.