Rusiya Federasiyasının Əməkdar artisti Mixail Şufutinski Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
King.Az-ın xəbərinə görə, TASS nəşri resursun məlumatları ilə tanış olub.
Məlumata görə, Şufutinski 2017-ci ildə Krıma səfər etdiyi üçün bazaya daxil edilib. 2023-cü ilin yanvarında Volodimir Zelenski, həmçinin ona qarşı sanksiyalar da tətbiq edib.
Mixail Şufutinski karyerası ərzində 30-a yaxın solo albom buraxıb. Onun vizit kartı isə "Sentyabrın üçü" mahnısıdır.
Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
Oxşar Mövzular
Mauro İkardi məhkəməyə getməyib
16-11-2024, 16:34De Xea "Fiorentina" ilə müqaviləsinin müddətini uzatdı
31-05-2025, 12:06
