Cümə
Noy 07

Zabitlərin özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılması təklif edilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev zabitlərə özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılmasını təklif edib.

King.Az xəbər verir ki, deputat bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.

Onun sözlərinə görə, 20 il qulluq etdikdən sonra ehtiyata gedən zabitlərin çoxu hələ də mənzil ilə təmin olunmurlar:

"2026-cı ilin dövlət büdcəsindən bu məqsədlə 35 milyon manat vəsait ayrılır. 15.5 milyon manat isə mənzillər üçün kirayə haqlarının ödənilməsi üçün ayrılır. Onlara kredit verilməsi, zabit adı alan kimi dərhal mənzillərlə təmin olunması mümkün deyil? Onlara veriləcək ipoteka 100% məbləğində, 1-2% kimi aşağı faizlə müəyyən olsun. Yaxud zabitlərə özlərinə mənzil almaları üçün maliyyə vəsaiti verilsin. Niyə evi onlara dövlət tikməlidir? Bəlkə, kimsə evinin valideynlərinin yaşadığı ərazinin yaxınlığında olmasını istəyir?"

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.