Şənbə
Yan 18

Vadji "Qarabağ"a qayıda bilər? - Qurban Qurbanov AÇIQLADI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçusu İbrahima Vadji və onun mümkün geridönüşü ilə bağlı suallara cavab verib.

King.Az xəbər verir ki, bu barədə o, ötən gün Misli Premyer Liqasının XIX turunun "Qarabağ" - "Şamaxı" matçından (3:2) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Qurbanov bildirib ki, "Qarabağ"dan gedən futbolçuların komandaya geri dönməsi artıq bir neçə dəfə müşahidə olunub, lakin hazırda yeni bir forvardın gəlməsi, komandaya uyğunlaşması vaxt ala bilər.

Ağdam klubunun baş məşqçisi "Sent-Etyen"də çıxış edən İbrahima Vadji barədə suala belə cavab verib:

"Hazırda biz başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də ola bilər".

Qeyd edək ki, İbrahima Vadji 2021-ci ilin avqustundan 2022-ci ilin yayına qədər "Qarabağ"da çıxış edib. Bu mövsüm "Sent-Etyen"in heyətində 4 oyunda iştirak edən Vadji qol vurmaqda uğur qazana bilməyib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.