İtaliyanın "Napoli" klubunun hücumçusu Xviça Kvaratsxeliya Fransa "Paris Sen-Jermen"i ilə şəxsi müqavilənin bütün şərtlərini razılaşdırıb.
King.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, 23 yaşlı yarımmüdafiəçi PSJ ilə 5 illik müqavilə imzalayacaq. Onun maaşı İtaliya klubunda aldığı maaşla müqayisədə 5 dəfə artacaq.
Fransa komandasının nümayəndələrinin gələn həftə "Napoli" rəhbərliyi ilə görüşərək mümkün transferin bütün detallarını müzakirə edəcəyi bildirilir.
Bu mövsüm Kvaratsxeliya klub üçün bütün turnirlərdə 18 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.

Oxşar Mövzular

Ərdoğan və Putin arasında telefon danışığı olub
11-05-2025, 20:25
Kainatdakı ən böyük struktur aşkar olunub
10-02-2025, 11:20