Bazar
Dek 15

A Seriyası: "Yuventus" sensasiyaya imkan vermədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilir.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, "Yuventus" öz meydanında autsayder "Venesiya"nı sınağa çəkib.

Ev sahibləri hesabı açsalar da, qonaqlar geridönüş edərək adlı-sanlı rəqiblərindən çəkinmədiklərini sübut edib və hesabda önə keçiblər. Yalnız 90+6-cı dəqiqədə Turin klubu hesabı bərabərləşdirərək sensasiyaya imkan verməyib - 2:2.

Hazırda "Qoca sinyora" 28 xalla turnir cədvəlində 6-cı pilləni tutur. "Venesiya" isə aktivindəki 10 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb. Çempionata 37 xalla "Atalanta" başçılıq edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.