Milli Məclis Avropa Parlamentinin (AP) Azərbaycanın əleyhinə olan qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
King.Az xəbər verir ki, bəyanat mətnini Şahin İsmayılov səsləndirib.
O bildirib ki, Azərbaycan Parlamenti qətnaməni qınayır və qətiyyətlə rədd edir:
"Torpaqlarımızın 30 illik işğalına, tarixi, dini abidələrimizin dağıdılmasına daim etinasız yanaşan Avropa Parlamenti ölkəmizin əleyhinə qətnamələr qəbul edib. Qətnamələr müxtəlif maraq çərçivələrində qəbul edilir. Bu qətnaməyə səs verən bəzi deputatların heç sənədin mətnindən xəbərləri yoxdur. Qətnamənin genişmiqyaslı planın tərkib hissəsi olduğu şübhəsizdir. Milli Məclis qətnaməni rədd edir və bunu qəbuledilməz hesab edir. Belə sənədlər bizi yolumuzdan döndərə bilməz".
Bəyanat mətni sonda səsə qoyularaq qəbul edilib.