0
Cümə axşamı
Mar 20

Zaxarova: "Makron reallıq hissini itirib"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Fransa Prezidenti Emmanuel Makron, NATO-nun "sülhməramlı qüvvələrinin" Rusiyanın mövqeyini nəzərə almadan Ukraynaya göndərilməsi ilə bağlı fikirlərini ifadə edərkən reallıq hissini itirib. Onun bəyanatları Rusiya və NATO qüvvələri arasında birbaşa toqquşma riskini artıra bilər".

King.Az-ın TASS-a istinadən bildirdiyinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində bu mövzuda çıxış edib.

O, Makronun 15 mart tarixli bəyanatına diqqət çəkib.

"Makron ya qələbə qazanmaq, ya da ukraynalılar vasitəsilə bizə hansısa strateji məğlubiyyətə düçar etmək kimi xəyalpərəst arzuları ilə artıq reallıq hissini itirib və ümumiyyətlə dünyada nələr baş verdiyini anlamır", - diplomat qeyd edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.