Şənbə
Mar 08

Zelenski Səudiyyə Ərəbistanında ABŞ ilə danışıqlarda iştirak etməyəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcək.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat verib.

"Gələn həftə Səudiyyə Ərəbistanına səfərlə başlayacağam. Ukraynanın diplomatik və hərbi nümayəndələri çərşənbə axşamı ABŞ nümayəndələri ilə görüş üçün qalacaq. Ukrayna nümayəndə heyətinə Andrey Yermak, Andrey Sibiqa, Rustem Umerov və Pavel Palisa daxil olacaq", - Zelenski yazıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.