Cümə axşamı
Fev 06

40 mindən çox məmur Trampın təklifi ilə RAZILAŞDI: İşdən çıxırlar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-nin 40 mindən çox dövlət qulluqçusu səkkiz ayın maaşının ödənilməsi qarşılığında könüllü işdən çıxmağa razılaşıb.

King.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Ağ Ev bu sövdələşməni yanvarın sonunda təklif etmişdi. Donald Tramp Administrasiyası ümid edirdi ki, dövlət qulluqçularının 5-10 faizi bu şərtlər əsasında işdən çıxmaq qərarını qəbul edəcək, bu da hər il təqribən 100 milyard dollar qənaət etməyə imkan verəcək.

Könüllü işdən çıxmaq üçün fevralın 6-dək müraciət etmək olar.

Xatırladaq ki, D.Tramp seçkiqabağı kampaniya zamanı ABŞ-nin bürokratik aparatını yenidən təşkil etmək vədi vermişdi.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.