0
Bazar ertəsi
May 19

"Lion"un ulduzu Aleksandr Lakazetin evi qarət olunub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Lion"un hücumçusu Aleksandr Lakazetin evi qarət olunub.

King.Az xəbər verir ki, bu barədə "Le Proqres" məlumat yayıb.

Hadisə Fransa çempionatının 34-cü turu çərçivəsində keçirilən "Anje" ilə oyun günü baş verib.

Oğurlanmış əşyalar arasında qızıl-zinət, pul və bahalı dəridən hazırlanmış gödəkçələr olub. Zərərin ümumi məbləği 10 min avrodan çoxdur. Polis araşdırmaya başlayıb.

Qeyd edək ki, bir neçə gün öncə Lakazet mövsümün sonunda "Lion"dan ayrılacağını bildirmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.