Bazar
Avq 24

Şimali Koreya hərbçiləri demarkasiya xəttini keçdi - Xəbərdarlıq atəşi açıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Şimali Koreyanın təxminən 30 hərbçisi KXDR ilə Cənubi Koreya arasındakı demarkasiya xəttini keçib.

King.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi BMT Komandanlığına istinadən məlumat yayıb.

Hadisənin avqustun 19-da baş verdiyi bildirilir. Cənubi Koreya Qərargah Rəisləri Komitəsi ötən gün açıqlama yayaraq sərhədin pozulmasına cavab olaraq xəbərdarlıq atəşi açdıqlarını bildirib.

Şimali Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı isə hərbçilərin sərhəd yaxınlığında tikinti işləri apardığını açıqlayıb. Pxenyan insidenti Cənubi Koreya və ABŞ arasında keçirilən hərbi təlimlərlə əlaqələndirib və Seulu regionda qüvvələr balansını pozmaqda ittiham edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.