"Real Madrid"in hücumçusu Vinisius Juniorla yeni müqavilə imzalamağa yaxındır.
King.Az ESPN-ə istinadən xəbər verir ki, müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. 24 yaşlı futbolçunun maaşı vergilər çıxandan sonra illik 20 milyon avro olacaq və bütün bonuslarla bu məbləğ 30 milyona yüksələ bilər.
Vinisiusun bu səbəbdən Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyi bildirilib. Səudiyyə Ərəbistanı klubları braziliyalı ulduza bir milyard avro dəyərində beşillik müqavilə təklif ediblər.
Qeyd edək ki, braziliyalı 2018-ci ildən "Real Madrid"də çıxış edir. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Oxşar Mövzular
"İrsi" keçən qorxular: Təkbaşına öhdəsindən gəlmək olmur?
3-01-2025, 23:42Azərbaycanın ən böyük üç bankının təmərküzləşmə səviyyəsi artıb
15-04-2025, 17:07Zambiyada gəmi qəzası: Azı 13 nəfər həlak oldu
26-03-2025, 11:17