Çərşənbə
Yan 22

"Le Monde" və "Liberation" "X"i tərk edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Fransanın iki ən böyük qəzeti "Le Monde" və "Liberation" daha "X" sosial şəbəkəsində xəbərlər dərc etməyəcək.

King.Az TASS-a istinadən xəbər verir ki, nəşrlər bu addımı İlon Maskın şəbəkəni idarə etməsi üsulları ilə razılaşmadıqları üçün atıblar.

"Bu platforma ilə əməkdaşlıq artıq qəzetimizin dəyərlərinə uyğun gəlmir", - deyə "Liberation" rəhbərliyi bu addımı izah edib.

Öz növbəsində, "Le Monde"un direktoru Jerom Fenolio qəzetin sosial şəbəkədə olmasının müsbət nəticələrdən daha çox mənfi nəticələrə səbəb olduğu fikrini ifadə edib. O, həmçinin "X"in sahibi İlon Maskı şəbəkədən rəqiblərə və Avropa hökumətlərinə təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın "The Guardian" qəzeti "X" platformasında post dərc etməyəcəyini bildirmişdi.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.