"Ağ Ev əməliyyatı başa çatmış hesab edənə qədər ABŞ qoşunları Venesuela ətrafında qalacaq".
King.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ-Venesuela tərəfdaşlığı venesuelalıları zəngin, müstəqil və təhlükəsiz edəcək.
Tramp bəyan edib ki, Maduronun sosialist rejimi ABŞ-nin neft infrastrukturunu oğurlayıb. O qeyd edib ki, Vaşinqton digər ölkələrin onu talamasına icazə verməyəcək.
Tramp həmçinin insanları Monro Doktrinasını unutmamağa və ABŞ-nin Qərb yarımkürəsindəki liderliyini şübhə altına almamağa çağırıb.
"ABŞ daha azad və daha qürurlu bir ölkəyə çevrilib. ABŞ öz sərhədlərini və vətəndaşlarını müdafiə edəcək", - Donald Tramp bildirib.
Oxşar Mövzular
Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb
6-12-2024, 13:05HN.G Selected. - OMER BALIK - Coffee Blues (Original Mix)
30-12-2024, 01:01Ermənistan-ABŞ Xartiyası və ağbaşlı qartal Cənubi Qafqazda
16-01-2025, 22:40