0
Cümə
Yan 03

Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Almaniyanın bütün hava limanlarında Federal Polisin kompüter sistemləri sıradan çıxıb.

King.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.

Problem Almaniyaya girişə nəzarət etmək üçün istifadə edilən sistemlərə təsir edib.

Hava limanlarında, xüsusilə, təhlükəsizlik sektorunda uzun növbələrin yarandığı bildirilib. Sərnişinlər təxminən iki saat gözləməli olublar.

Texniki problem yalnız axşam saatlarında aradan qaldırılıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.