Bazar ertəsi
Dek 23

Adel uzun müddət sonra ilk dəfə əri ilə görüntüləndi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Müğənni Adel əri Riç Pol ilə ictimaiyyət qarşısına çıxıb.

King.Az xəbər verir ki, fotolar "People" nəşrində dərc olunub.

Paparassilər ulduz cütlüyü Qərbi Hollivudda yaxalayıblar.

Onlar bir restoranda görüşdükdən sonra çıxışda kadra düşüblər.

Qeyd edək ki, müğənni bir neçə ildir basketbol agenti Riç Polla görüşür. 2023-cü ilin noyabrında jurnalistlər sənətçinin gizli şəkildə evləndiyini təsdiqləyiblər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.